Bum meşəbəyiliyindəki yanğının söndürülməsi üçün əlavə qüvvələr cəlb olunub
Bakı, 3 sentyabr, AZƏRTAC
Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Bum meşəbəyiliyinin Abrıx kəndi ətrafındakı meşə sahəsində başlayan yanğın çəkilmiş mineral şum zolaqlarının mövcudluğuna baxmayaraq, güclü külək Dandık, Sulquca kəndləri istiqamətinə keçib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) AZƏRTAC-a bildirilib ki, alovun qarşısını almaq üçün hadisə yerinə ETSN və Fövqəladə Hallar Nazirliyinin (FHN) əlavə qüvvələri və texnikası cəlb olunub.
Yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində davam edən yanğının söndürülməsi küləyin yenidən güclənməsi səbəbindən bir qədər də çətinləşib.
Yanğının söndürülməsi üçün ETSN və FHN-in 500-dən çox əməkdaşı mümkün olan bütün vasitələrdən, əsasən əl əməyindən istifadə edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]