Bürünc medal qazanan Azərbaycan gimnastı: MDB Oyunlarına çox ciddi hazırlaşmışdıq
Şəki, 3 oktyabr, AZƏRTAC
Yarışlara çox yaxşı hazırlaşmışdıq. Nəticə də göz qabağındadır.
AZƏRTAC xəbər verir ki, bu sözləri III MDB Oyunlarında qadınların fərdi yarışında bürünc medal qazanan batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova deyib.
İdmançı bir ildir bu yarışlara ciddi şəkildə hazırlaşdıqlarını bildirib: “Batut gimnastikası iki ildir MDB Oyunlarının proqramına daxil edilib. Dünən oğlanlardan ibarət komandamız gümüş medal qazandı. Onun ardını bu gün biz gətiririk. Bir qədər sonra qardaşım Maqsud Mahsudovla sinxron proqramda çıxışım olacaq. Orada da yüksək nəticə göstərmək istəyirik. Medal qazanmaq şansımız çoxdur. Bir ildir bu yarışlara ciddi şəkildə hazırlaşırıq. Çünki “doğma divarlar” arasında, öz azarkeşlərimizin önündə fəxri kürsüdən kənarda qalmaq istəmərik”.
Qeyd edək ki, batut gimnastikası üzrə yarışlara bu gün yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [19:15]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [17:05]
“Zirə” Namik Ələskərovla yollarını ayırıb
- 07.08.2026 [15:55]
Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV
- 07.08.2026 [15:19]
“Fənərbağça”nın sabiq futbolçusu Superliqa klubuna keçib
- 07.08.2026 [13:43]
“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub
- 07.08.2026 [13:32]
“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib
- 07.08.2026 [13:12]