“Cahan Holding” Şirkətlər Qrupu Koronavirusla Mübarizəyə Dəstək Fonduna 150 min manat köçürüb
Naxçıvan, 25 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 24 mart 2020-ci il tarixli Fərmanına əsasən yaradılan “Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondu”nun xəzinə hesabına “Cahan Holding” Şirkətlər Qrupu tərəfindən 150 min manat ianə köçürülüb.
Bu barədə AZƏRTAC-ın Naxçıvan bürosuna “Cahan Holding” Şirkətlər Qrupunun mətbuat xidmətindən məlumat verilib.