Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cakartada təşkil olunan vebinarda Ermənistanın Azərbaycan şəhərlərinə raket hücumu kəskin şəkildə pislənilib

Cakartada təşkil olunan vebinarda Ermənistanın Azərbaycan şəhərlərinə raket hücumu kəskin şəkildə pislənilib

Cakarta, 12 oktyabr, AZƏRTAC

Cakartada İndoneziya İslam Əməkdaşlıq Təşkilatı Gənclər Təşkilatının (İndoneziya İƏT GT) təşəbbüsü və Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, xüsusilə son günlər Ermənistanın cəbhədə son təxribatlarına həsr olunmuş beynəlxalq vebinar keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin təşkilində əsas məqsəd İndoneziya ictimaiyyətini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə daha ətraflı məlumatlandırmaqdan və bu münaqişə zəminində hazırda cərəyan edən proseslərin daha geniş kütləyə çatdırılmasından ibarət olub.

Vebinarda İndoneziya İƏT Gənclər Təşkilatının baş katibi xanım Astrid Nadya Rizgita, İƏT Gənclər Forumunun sabiq vitse-prezidenti Tantan Taufiq Lubis, Azərbaycanın İndoneziyadakı səfirliyinin ikinci katibi İntiqam Hüseynov, Bakı Dövlət Universitetinin müəllim-doktorantı Sultan Zahidov və Kəşmir Gənclər Forumunun icraçı direktoru Əhməd Qureyşi əsas məruzəçi qismində çıxış ediblər.

Əvvəlcə İndoneziya İƏT Gənclər Təşkilatının prezidenti Şafi Əfəndinin Ermənistanın Azərbaycana qarşı son təxribatları ilə bağlı bəyanatı səsləndirilib.

Tədbiri giriş nitqi ilə açan İƏT Gənclər Forumunun sabiq vitse-prezidenti Tantan Taufiq Lubis sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təxribatı, Azərbaycanın haqq işinin İndoneziya ictimaiyyətinə çatdırılması, eyni zamanda, erməni vandalizminin indoneziyalı rəsmilər tərəfindən qınanması istiqamətində təşkilatın əməli fəaliyyətini diqqətə çatdırıb. O, Ermənistan tərəfinin humanitar atəşkəs barədə razılaşmanı kobud şəkildə pozaraq, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni və digər şəhərləri raket zərbələrinə məruz qoyması nəticəsində həyatını itirənlərin və yaralananların olmasından təəssüf hissi keçirdiyini bildirib. Erməni vandalizminin İndoneziya ictimaiyyətinə çatdırılması məqsədilə zəruri tədbirlər görüldüyünü qeyd edib.

Dağlıq Qarabağın tarixi Azərbaycan ərazisi olduğunu vurğulayan İndoneziya İƏT Gənclər Təşkilatının baş katibi A.Rizgita İndoneziya hökumətinin bu münaqişəyə lazımı diqqət göstərməməsindən təəssüfləndiyini ifadə edib. O, Ermənistanın işğalçı dövlət olduğunu bəyan edərək, bu faktın BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi müvafiq qətnamələri ilə də təsdiqləndiyini diqqətə çatdırıb. İndoneziyanın Ermənistan ilə diplomatik münasibətlərə malik olduğunu qeyd edən baş katib, ölkə rəhbərliyinin Azərbaycanın son addımlarının ərazi bütövlüyünü bərpa etmək üçün atdığını Ermənistan tərəfinə çatdırmalı olduğunu qeyd edib. A.Rizgita İndoneziya XİN-in “Twitter” üzərindən oktyabrın 1-də yaydığı bəyanata toxunaraq, bu xüsusda İndoneziya Prezidenti Coko Vidododan, Xarici İşlər naziri xanım Retno Marsudidən Azərbaycana daha açıq dəstək göstərmələrini xahiş edib. Ermənistan tərəfinin humanitar atəşkəsi pozaraq Gəncədə və digər şəhərlərdə yaşayan mülki şəxslərə qarşı hücumlarını pisləyən A.Rizgita İndoneziya ictimaiyyətinin buna layiqli hüquqi qiymət verməli olduğunu deyib.

Çıxış edən İntiqam Hüseynov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin siyasi və hüquqi aspektləri barəsində geniş məlumat verib. Ermənistanın baş naziri Nikol Paşinyanın və digər rəsmilərin son illərdə səsləndirdiyi absurd bəyanatlar, xüsusən Ermənistanın “yeni ərazilər üçün yeni müharibə” taktikası, iyul təxribatı və son olaraq sentyabrın 27-də Azərbaycana qarşı hücum cəhdi haqqında ətraflı danışıb. Hazırda baş verənlərin bütün məsuliyyətinin Ermənistanın hərbi və siyasi hakimiyyətinin üzərinə düşdüyünü diqqətə çatdırıb.

Bakı Dövlət Universitetinin müəllim-doktorantı Sultan Zahidov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi aspektləri, ermənilərin tarixi Azərbaycan torpaqlarına yerləşdirilməsi, münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqların tarixi və mahiyyəti, eləcə də Ermənistan tərəfinin danışıqlar prosesində tutduğu qeyri-konstruktiv mövqe barədə təqdimatla çıxış edib.

Kəşmir Gənclər Forumunun icraçı direktoru Əhməd Qureyşi də öz növbəsində Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırılmasının vacibliyini qeyd edib. Azərbaycan diplomatiyasının bu istiqamətdə apardığı uğurlu fəaliyyəti yaxından izlədiyini vurğulayıb. Pakistan dövlətinin və xalqının qardaş Azərbaycanın yanında olduğunu bəyan etməkdən məmnunluq duyduğunu bildirib. Natiq Ermənistanın humanitar atəşkəs razılaşmasına əməl etməyərək Azərbaycanın mülki yaşayış obyektlərini atəşə tutması nəticəsində həlak olan şəxslərin ailələrinə başsağlığı verdiyini, yaralananlara şəfa dilədiyini söyləyərək, bu addımın terrorçu mahiyyət daşıdığını və dünya ictimaiyyəti tərəfindən qınanmalı olduğunu bildirib.

Sonda tədbir iştirakçılarının mövzu üzrə sualları cavablandırılıb, eyni zamanda, #KarabakhiIsAzerbaijan və #WeStandWithAzerbaijan şüarları səsləndirilib. Bundan əlavə, sözləri və musiqisi T.Lubisə məxsus mahnı səsləndirilib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Cakarta

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb