Cari ilin 6 ayında heyvanların qatar yoluna çıxması nəticəsində 16 hadisə baş verib
Bakı, 12 avqust, AZƏRTAC
Cari ilin 6 ayında heyvanların qatar yoluna çıxması nəticəsində 16 hadisə yaşanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Bildirilib ki, baş verən toqquşma zamanı qatarlara ciddi maddi ziyan dəyir, qrafikdə gecikmələr yaşanır. Həmçinin texniki heyətin və sərnişinlərin həyatı təhlükə altına düşür.
Bu il dəfələrlə heyvanların qatar yoluna çıxması hallarının yaşandığını diqqətə çatdıran qurum vətəndaşlara xəbərdarlıq edib ki, sahibsiz buraxılan mal-qara qatarların hərəkətinə ciddi təhlükə yaradır.