Cari ilin ilk yarısında ən çox eşitmə aparatı Çindən gətirilib
Bakı, 2 sentyabr, AZƏRTAC
Cari ilin yanvar-iyun aylarında Azərbaycana 729.25 min dollar dəyərində 5236 ədəd eşitmə aparatları gətirilib.
AZƏRTAC Dövlət Statistika Komitəsinin hesabatına istinadla xəbər verir ki, bu göstəricinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur. 2022-ci ilin ilk 6 ayında 771.83 min dollar dəyərində, 2541 ədəd eşitmə aparatı idxal olunub. 2023-ci ilin ilk 6 ayında ən çox eşitmə aparatı Çindən gətirilib. Belə ki, hesabat dövründə Çindən 26.16 min dollar dəyərində, 3234 ədəd eşitmə aparatları idxal olunub. Çindən gətirilən eşitmə aparatlarının 1 ədədinin orta idxal qiyməti 8 dollar təşkil edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycana gətirilən eşitmə aparatlarının bir ədədinin orta idxal qiyməti illik müqayisədə 2.2 dəfə və ya 165.1 dollar azalaraq 138.6 dollara bərabər olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollarda satılacaq
- 08.06.2026 [17:59]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:53]
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 08.06.2026 [17:47]
Qızıl investisiya cəlbediciliyini qismən itirir
- 08.06.2026 [17:18]
Üçüncü rübdə yanacağa daha çox ehtiyac yaranır
- 08.06.2026 [16:55]