Cari ilin noyabrından BƏƏ-də “Tax Free” sistemi tətbiq ediləcək
Əbu-Dabi, 5 sentyabr, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Federal Vergi İdarəsi bildirib ki, 2018-ci ilin noyabrından turistlər üçün əlavə dəyər vergisinin (ƏDV) qaytarılması proseduru həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu əməliyyatların yerinə yetirilməsi üçün eksklüziv operator kimi “Planet” beynəlxalq şirkəti seçilib. BƏƏ-də yerli tərəfdaşları ilə əməkdaşlıq edən bu şirkət “SpecialPurposeVehicle” adlı ayrıca müəssisə yaradıb. Qeyd olunur ki, sistemdə qeydə alınan və BƏƏ-dəki mağazalardan bazarlıq edən turistlər ƏDV-nin qaytarılmasını rəsmiləşdirə bilərlər. Həmçinin əməkdaşın iştirakı olmadan elektron sistem vasitəsilə ƏDV-nin qaytarılması imkanları da nəzərdə tutulub.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]