“cBrain” şirkətinin vitse-prezidenti: COP29 həqiqətən də yaxşı təşkil olunub
Bakı, 15 noyabr, AZƏRTAC
COP29 həqiqətən də yaxşı təşkil olunub. Keçirdiyimiz bütün görüşlər mühüm əhəmiyyət kəsb edir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Danimarkanın “cBrain” şirkətinin vitse-prezidenti Morten Ostergaard Stigel söyləyib.
O qeyd edib ki, insanlar COP29-a müzakirələr aparmağa və real həll yolları tapmağa gəliblər. Stigel əmin olduğunu bildirib ki, tədbir iştirakçıları buradan daha çox yeni ideya və təşəbbüslərlə geri dönəcəklər.
“Azərbaycanın təşkilatçılığı olduqca yüksək səviyyədədir. Burada insanlar çox qonaqpərvər və mehribandırlar”, - deyə vitse-prezident əlavə edib.