Cəbhənin ön xəttində yeni inşa edilmiş infrastruktur obyektinin açılışı olub
Bakı, 5 iyul, AZƏRTAC
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhənin ön xəttində inşa edilmiş infrastruktur obyektinin açılışında iştirak ediblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yeni qərargah binası, əsgər yataqxanası və yeməkxanada yaradılan şəraitlə tanış olan nazir hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verib.