“Cəlilabad folklor örnəkləri” kitabı çapdan çıxıb
Bakı, 22 may, AZƏRTAC
Folklor İnstitutu Elmi Şurasının qərarı ilə “Cəlilabad folklor örnəkləri” kitabı çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabda ölkəmizin cənub bölgəsindən ─ Cəlilabaddan toplanan inanc, mif, əfsanə, rəvayət, atalar sözü, tapmaca, lətifə, qaravəlli, nağıl, bayatı, layla, düzgü kimi folklor janrlarından örnəklər yer alıb. “Cəlilabad folklor örnəkləri” toplusunda bölgədən toplanmış xeyli sayda xalq mahnıları, mərasim folklorundan seçmələr, eləcə də aşıq rəvayətləri, dastanlar, qıfılbənd, vücudnamə, müxtəlif məzmunlu şeirlər öz əksini tapıb.
Nəşrin sonunda nağılların süjet göstəriciləri, mətnlərin söyləyiciləri və söyləyicilər haqqında ümumi məlumat təqdim edilib.
Kitabın toplayıcıları və tərtibçiləri folklorşünaslar Sahibə Paşayeva və İlkin Elsevərdir. Nəşrin redaktoru və ön sözün müəllifi filologiya elmləri doktoru İslam Sadıq, rəyçiləri fəlsəfə elmləri doktoru, professor Sakit Hüseynov, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy, filologiya üzrə fəlsəfə doktorları Mətanət Yaqubqızı və Vüsalə Əsədovadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [17:01]
AzTU tələbələri “Türk Dünyası Gənclər Görüşü”ndə iştirak ediblər
- 14.10.2026 [16:32]
İnha Universitetinin azərbaycanlı tələbələri bir araya gəlib
- 14.10.2026 [16:30]