Cənubi Koreya Prezidenti Ukraynaya elan olunmamış səfər edib
Pekin, 15 iyul, AZƏRTAC
Cənubi Koreya Prezidenti Yun Sok Yol Ukraynaya əvvəlcədən elan edilməmiş səfərə gəlib.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, bu barədə Cənubi Koreya Prezidentinin ofisi məlumat yayıb. Dövlət başçısı və birinci xanım Kim Keon Hi Ukraynaya Polşadan keçiblər.
Cənubi Koreya Prezidenti səfər çərçivəsində Rusiya-Ukrayna müharibəsində kütləvi qətliamın törədildiyi Buça və şiddətli raket hücumu nəticəsində böyük dağıntıya məruz qalmış İrpen şəhərlərində olub.
Cənubi Koreya liderinin bu saatlarda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü keçirilir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]