Cevdet Yılmaz: Türkiyədən Suriyaya qayıdanların sayı 270 mini keçib
İstanbul, 13 iyun, Günel Karatepe, AZƏRTAC
Ötən il dekabrın 8-dən bu günə qədər Türkiyədən Suriyaya könüllü geri dönənlərin sayı 273 mini keçib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz məlumat verib.
O deyib ki, Türkiyədə müvəqqəti qoruma statusu ilə yaşayan suriyalıların yeni formalaşan Suriyaya təhlükəsiz, ləyaqətli və könüllü şəkildə geri qayıtması ölkəsi üçün çox önəmlidir.
Bu istiqamətdə Türkiyənin dövlət və özəl sektoru, eləcə də vətəndaş cəmiyyətinin əməkdaşlığını yüksək qiymətləndirən Yılmaz bunun, eyni zamanda, beynəlxalq əməkdaşlıq modeli olduğunu vurğulayıb. “Təəssüf ki, bu gün dünyada ən böyük problemlərdən biri də miqrasiyadır və bu mövzuda Türkiyə dünyaya nümunə göstərilə biləcək bir modeldir. İndi fərqli bir mərhələyə daxil olmuşuq və bunun nəticələrini görürük”.
Suriyalıların vətənlərinə qayıdış prosesinin Türkiyənin başlatdığı “Sülh çeşməsi”, “Zeytun budağı” kimi antiterror əməliyyatları ilə formalaşdırdığını qeyd edən vitse-prezident o tarixdən bu günə qədər 1 milyondan çox suriyalının ölkəsinə geri qayıtdığını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [22:46]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:37]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:22]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [21:20]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]