Ceyhun Bayramov: Azərbaycan-Ermənistan danışıqlar prosesinin dinamikası kifayət qədər yüksəkdir
Moskva, 25 iyul, AZƏRTAC
Azərbaycan-Ermənistan danışıqlar prosesinin dinamikası kifayət qədər yüksəkdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlikləri rəhbərlərinin Moskvadakı üçtərəfli görüşündə bildirib.
Nazir qeyd edib ki, danışıqların nəticələri danışıqlar prosesinin özünün dinamikasından bir qədər aşağıdır. “Lakin müsbət nəticələrin olmadığını söyləmək düzgün olmazdı”, - deyə o əlavə edib.
Ceyhun Bayramov vurğulayıb ki, Moskvada keçirilən görüş zamanı tərəflər, ilk növbədə, Azərbaycan və Ermənistan arasında sülh sazişinin maddələrini müzakirə edəcəklər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 28.09.2026 [21:15]