Ceyhun Bayramov: Zəlzələ Türkiyə xalqının dəyanətini bir daha sübut etdi
Bakı, 24 fevral, AZƏRTAC
Azərbaycan xalqı və hökuməti zəlzələnin ilk günlərindən qardaş Türkiyənin yanında oldu. Türkiyəyə səfərimdə həmkarım Mövlud Çavuşoğlu və bu ölkənin daxili işlər naziri Süleyman Soylu ilə görüşərkən məni bir neçə məsələ çox təsirləndirdi. Zəlzələnin acı fəsadlarını öz gözlərimlə gördüm, çox ağır idi.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xocalı faciəsinin 31-ci ildönümü münasibətilə keçirilən tədbirdən sonra jurnalistlərə müsahibəsində deyib.
Nazirin sözlərinə görə, dünyada Türkiyə kimi çox az sayda ölkə var ki, belə ağır nəticələri olan zəlzələ ilə qarşılaşıb.
"Bu ağır faciəni yaşayan insanların yüksək mənəviyyata malik olduqlarına şahidlik etdik. Onlar əzmlərini itirməmişdilər. Faciənin üzünə mərdcəsinə baxırdılar. Bu faciə Türkiyə xalqının dəyanətini bir daha sübuta yetirdi", - deyə Ceyhun Bayramov vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [19:03]
Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb
- 05.06.2026 [17:19]
Rusiya XİN Azov dənizində gəmilərə hücumlarla bağlı bəyanat verib
- 05.06.2026 [16:50]
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvləri TBMM-də olub
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]