“Çelsi” səfərdə “Lester Siti”nin qapısından üç cavabsız top keçirib
Bakı, 20 noyabr, Nicat Məmmədov, AZƏRTAC
Noyabrın 20-də futbol üzrə İngiltərə Premyer Liqasında 12-ci turun oyunlarına start verilib.
AZƏRTAC xəbər verir ki, turun açılış oyununda lider “Çelsi” səfərdə “Lester Siti” komandasının qonağı olub. Görüş London təmsilçisinin inamlı qələbəsi ilə başa çatıb - 0:3. “Çelsi”nin heyətində Antonio Rudiger, Nqolo Kante və Kristian Pulişiç fərqləniblər.
Bu qələbədən sonra xal ehtiyatını 29-a çatdıran “Çelsi” birinci pillədəki yerini möhkəmləndirib. “Lester Siti” isə 15 xalla 12-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, turun digər oyunları gün ərzində keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [15:04]
Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb
- 14.10.2026 [13:20]
“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
- 14.10.2026 [13:05]