ÇƏLTİKÇİLİYƏ MARAQ ARTMIŞDIR
Bakı, 20 sentyabr (AZƏRTAC). Kənd təsərrüfatı naziri İsmət Abasov demişdir ki, taxıl istehsalçılarına, o cümlədən çəltikçiliklə məşğul olan fermerlərə hər hektara görə 80 manat subsidiyanın verilməsi bu sahəyə də marağı artırmışdır.
Belə ki, bu il çəltiyin əkin sahəsi 385 hektar artırılaraq 1722 hektara çatdırılmışdır.
Nazirin sözlərinə görə, Lənkəran-Astara regionunda, Ağdaş, Ucar, Yevlax, Zərdab, Salyan və digər rayonlarda çəltikçiliyin inkişafının dəstəklənməsi ərzaq istehsalında əhəmiyyətli rol oynayır.
Xatırladaq ki, çəltik əkini üçün əlverişli olan rayonlarda ötən il 1337 hektar sahədə çəltik əkilmiş və hektardan 28,2 sentner olmaqla cəmi 3 min 770 ton məhsul yığılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]