Çempionlar Kuboku: Messi və Suaresin qolları “İnter Mayami”ni 1/8 finala daşıyıb
Bakı, 26 fevral, AZƏRTAC
ABŞ-ın “İnter Mayami” klubu KONKAKAF Çempionlar Kubokunda 1/8 final mərhələsinə vəsiqə qazanıb.
AZƏRTAC xəbər verir ki, Devid Bekhemin sahibi olduğu komanda 1/16 finalın cavab oyununda öz meydanında "Sportinq Kanzas Siti"ni 3:1 hesabı ilə məğlub edib.
Ev sahibi komandanın qollarını Lionel Messi, Tadeo Alyende və Luis Suares vurublar.
İlk matçda 1:1 hesablı heç-heçə qeydə alındığından “İnter Mayami” adını növbəti mərhələyə yazdırıb. Kollektiv 1/4 finalda “Kavalyer”lə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:08]
Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb
- 30.09.2026 [13:43]
Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]
Fransanın məşhur klubu 1 avroya satılıb
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]