İDMAN
Çempionlar Liqası: Mərhələ adlayan ilk 8 komanda müəyyənləşib
Bakı, 19 iyul, AZƏRTAC
UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
AZƏRTAC xəbər verir ki, ilk gündə 8 görüş keçirilib. Cütlərin qalibləri II raunda yüksəliblər.
Estoniya “Flora”sına cavab matçında da qalib gələn Polşa klubu “Rakuv” II mərhələdə “Qarabağ”ın potensial rəqibi olub. Rumıniya çempionu “Farul” səfərdə Moldova “Şerif”inə böyük hesabla uduzaraq, turnirlə vidalaşıb.
UEFA Çempionlar Liqasınin I təsnifat mərhələsində cavab oyunlarının nəticələri:
“Struqa” (Şimali Makedoniya) - “Jalgiris” (Litva) - 1:2
“Flora” (Estoniya) - “Rakuv” (Polşa) - 0:3
“Makkabi” (Hayfa, İsrail) - “Hamrun” (Malta) - 2:1
“Şerif” (Moldova) - “Farul” (Rumıniya) - 3:0
BATE (Belarus) - “Partizani” (Albaniya) - 2:0
TNS (Uels) - “Haken” (İsveç) - 0:2
“Zrinski” (Bosniya və Herseqovina) - “Urartu” (Ermənistan) - 2:3 (Penaltilərlə - 4:3)
“Breydablik” (İslandiya) - “Şemrok Rovers” (İrlandiya) - 2:1
Qeyd edək ki, digər cavab oyunları iyulun 19-da keçiriləcək.