ÇEMPİONLAR LİQASI TURNİRİNİN İKİ YARIMFİNALÇISI MƏLUM OLMUŞDUR
“San-Siro” stadionunda keçirilmiş “Milan”-“Lion” oyununda meydan sahibləri böyük çətinliklə də olsa qalib gələ bilmişlər - 3:1. Görüşün 87-ci dəqiqəsinədək tablodakı hesab (1:1) fransızları tam qane edirdi, çünki birinci oyun qolsuz bərabərliklə (0:0) qurtarmışdı və özgə meydançasında vurulmuş top “Lion”nu, tarixində ilk dəfə olaraq, turnirin yarımfinalına çıxarırdı. Lakin İndzaginin 88-ci, Şevçenkonun 90-cı dəqiqələrdə vurduqları toplar “Milan”ı son dörd ildə üçüncü dəfə turnirin yarımfinal mərhələsinə yüksəltmişdir. İtalyanların rəqibi bu gün keçirilən “Barselona”-“Benfika” qarşılaşmasından sonra bilinəcəkdir. Xatırladaq ki, Lissabondakı ilk görüş 0:0 hesabı ilə bitmişdir.
Milanın digər klubu - “İnter” isə çoxlarının gözləmədiyi halda, İspaniyada “Vilyarreal”a uduzmuşdur. “El Madriqal” stadionunda 23 min tamaşaçının gözü önündə keçirilmiş oyunda ispanların sol kənar müdafiəsiçi Arruabarrenanın 58-ci dəqiqədə vurduğu yeganə top “Vilyarreal”ı yarımfinal mərhələsinə çıxarmışdır. Qeyd edək ki, ispanlar Milandakı ilk oyunda uduzmaqlarına baxmayaraq (1:2), özgə meydançasında vurduqları topun hesabına ümumi qələbə qazanmışlar. “Vilyarreal”ın yarımfinaldakı rəqibi “Yuventus”-“Arsenal” klublarının bugünkü cavab oyununda müəyyən olunacaqdır. Mütəxəssislər Londonda 2:0 hesabı ilə qalib gəlmiş “Arsenal”ın yarımfinala çıxmaq şansını yüksək qiymətləndirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [20:13]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]