Çex fermerləri hökumətin güzəştlərini qeyri-kafi hesab ediblər
Bakı, 5 mart, AZƏRTAC
Çex fermerləri iqtisadi tələblərinə cavab olaraq hökumətin güzəştlərini qeyri-kafi hesab ediblər və martın 7-də Praqada etiraz aksiyası keçirəcəklər.
AZƏRTAC idnes.cz xəbər portalına istinadla xəbər verir ki, bu qərarı respublikanın kənd təsərrüfatı işçilərinin peşə assosiasiyalarının rəhbərləri açıqlayıblar.
Fermerlər kənd təsərrüfatı texnikalarını şəhərə gətirməyi və mərkəzi hissədə yürüş etməyi planlaşdırırlar. Eyni zamanda, aqrar təşkilat rəhbərlərinin də vurğuladığı kimi, nəqliyyat vasitələrinin hərəkətinə heç bir maneə yaradılmayacaq. Etirazçılar Çexiya hökumət sarayının qarşısında da aksiya keçirmək niyyətindədirlər. Xüsusilə vurğulanır ki, təfərrüatları yaxın iki gündə açıqlanacaq aksiya siyasi deyil, sırf iqtisadi xarakter daşıyacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [20:22]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:20]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [19:57]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [18:55]
Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib
- 14.10.2026 [16:57]
Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq
- 14.10.2026 [16:52]