Çexiya XİN: Rəsmi Praqa Dağlıq Qarabağda keçirilən “seçkilər”in hüquqi və konstitusional əsasını tanımır
Bakı, 4 may, AZƏRTAC
Çexiya Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində keçirilən “parlament seçkiləri”nin hüquqi və konstitusional əsasını tanımır.
AZƏRTAC xəbər verir ki, bu fikir Çexiya Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağda keçirilən qondarma seçkilərlə bağlı yaydığı bəyanatda yer alıb.
Bəyanatda deyilir: “Çex Respublikası hesab edir ki, bu cür birtərəfli aktlar qarşılıqlı etimadın gücləndirilməsinə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün müsbət mühitin yaranmasına xidmət etmir. Çexiya münaqişənin sülh yolu ilə, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı da daxil olmaqla beynəlxalq hüququn prinsipləri çərçivəsində həllinə tərəfdardır. Çexiya ATƏT-in Minsk qrupunun və onun həmsədrlərinin fəaliyyətini tam dəstəkləyir və bütün münaqişə tərəflərini sülh prosesini davam etdirməyə çağırır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO
- 12.06.2026 [22:50]