ÇİLİDƏ 400 KİLOQRAM KOKAİN MÜSADİRƏ OLUNMUŞDUR
Yerli KİV-lərin məlumatına görə, narkotrafikin təşkilinə aidiyyəti olan 20 nəfərədək adam həbs edilmişdir. Məlum olmuşdur ki, narkotiklər Çiliyə Perudan gətirilmişdir.
Bildirilmişdir ki, narkotiklərin aparılacağı Avropada kokaindən istifadə rekord səviyyəyə çatmışdır. BMT-nin məlumatına görə, hazırda bu ağ tozdan 3,5 milyon avropalı istifadə edir.
BMT-nin narkotiklərə beynəlxalq nəzarət proqramına müvafiq aparılan tədqiqata görə, kokaindən daha çox ali təhsilli adamlar istifadə edirlər. Varlı avropalılar arasında bu narkotikdən istifadə halları daha çox artmışdır. Kokainin ən iri bazarı ABŞ-dır, istehlakçıların 40 faizi bu ölkənin payına düşür. Tədarükçülər arasında lider isə Kolumbiyadır.
BMT qabaqcıl ölkələri narkotiklər probleminin öhdəsindən gəlməkdə kokainin əsas istehsalçısı olan Latın Amerikası ölkələrinə kömək etməyə çağırır və kokain yetişdirən fermerlərə subsidiyalar verməyi təklif edir ki, onlar kənd təsərrüfatı məhsulları istehsalına keçsinlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]