Çimərlik voleybolu üzrə komandamız beynəlxalq turnirdə 1/8 finala yüksəlib
Bakı, 8 avqust, AZƏRTAC
Çimərlik voleybolu üzrə Azərbaycan komandası Latviyanın paytaxtı Riqada keçirilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA ) U-18 çempionatında 1/8 finala yüksəlib.
AZƏRTAC xəbər verir ki, Muhamməd Aslanlı-Nəriman Bayramlıdan ibarət cütlük qrup mərhələsində iki oyun keçirib. Bir qarşılaşmada qələbə qazanan, digərində isə məğlub olan komanda 1/16 finala adlayıb.
Onlar bu raundda Polşanı təmsil edən Yakub Zdroyevski - Miçal Kuçarski duetinə 2:0 (21:15, 22:20) qalib gələrək 1/8 finala vəsiqə qazanıblar. Növbəti rəqib Litva olacaq.
Qeyd edək ki, Oqtay Qasımov və Camal Cəlilov ibarət komanda isə mübarizəni qrup mərhələsində dayandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]
ABŞ millisi dünya çempionatına qələbə ilə başladı
- 13.06.2026 [02:15]
Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq
- 13.06.2026 [01:37]
Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb
- 12.06.2026 [23:25]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [22:20]