Çin “Beidou” nəslindən olan daha iki naviqasiya peykini orbitə çıxarıb
Pekin, 23 sentyabr, AZƏRTAC
Çinin milli naviqasiya sisteminin növbəti iki “BeiDou-3” peyki orbitə çıxarılıb.
AZƏRTAC xəbər verir ki, peyklər Siçanq kosmik mərkəzindən sentyabrın 23-də yerli vaxtla səhər 05:10-da “Long March-3B” raketdaşıyıcısı ilə buraxılıb. Bunlar “BeiDou” naviqasiya sisteminin 47-ci və 48-ci peyklərdir.
Qeyd edək ki, 2011-ci ilin dekabrında kommersiya istifadəsinə verilən “BeiDou” peyk sistemi 2012-ci ilin dekabrından Asiya-Sakit okean regionu ölkələrində mülki xidmətlərin göstərilməsinə başlayıb. Sistem Çin, qonşu ölkələr və Asiya-Sakit okean regionu ərazisində coğrafi koordinatların müəyyənləşdirilməsini təmin edir. “BeiDou” sistemi dünyada GPS (ABŞ), “GLONASS” (Rusiya) və “Galileo”dan (“Avropa İttifaqı) sonra 4-cü naviqasiya sistemidir. Orbitdə “Beidou” sisteminin formalaşdırılmasının 2020-ci ildə başa çatdırılması planlaşdırılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]