Çin beynəlxalq uçuşları məhdudlaşdırıb
Pekin, 26 mart, AZƏRTAC
Çin xaricdən ölkəyə yeni koronavirus (COVID-19) infeksiyasının axınını azaltmaq üçün beynəlxalq uçuşları məhdudlaşdırıb.
AZƏRTAC Çin Mülki Aviasiya Administrasiyasına istinadla xəbər verir ki, martın 29-dan etibarən yerli şirkətlər xarici ölkələrin hər birinə həftədə yalnız 1 uçuş yerinə yetirə biləcəklər. Xarici aviasiya şirkətləri də Çindəki təyinat məntəqələrinə və əks istiqamətdə həftədə yalnız 1 uçuş həyata keçirə biləcəklər. Bundan başqa, virusun yayılmasını azaltmaq üçün Çinə gələn və ölkədən uçan təyyarələrdə sərnişin yerlərinin 75 faizindən çoxuna minik qadağan edilib.
Qeyd edək ki, son günlər Çinə xaricdən gələn sərnişinlər arasında COVID-19 infeksiyasına yoluxma hallarını çoxalması hökuməti sərhəd karantin tədbirlərini sərtləşdirməyə vadar edib. İndiyədək xaricdən gələn 541 sərnişinin COVID-19 daşıyıcısı olduğu aşkarlanıb. Hökumətin qərarı ilə xaricdən gələn sərnişinlərin 14 günlük karantində qalması məcburidir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.06.2026 [16:33]
Özbəkistanın iki keçmiş kəndi rəsmi olaraq Qırğızıstanın tərkibinə verilib
- 23.06.2026 [16:18]
Antonio Quterreş təmiz enerjiyə keçid planını təqdim edib
- 23.06.2026 [16:06]
Qazaxıstanda restoranda 113 nəfər zəhərlənib, araşdırma aparılır
- 23.06.2026 [16:01]
Avropa İttifaqı növbəti on ildə müdafiəyə 7 trilyon avro xərcləyəcək
- 23.06.2026 [15:34]
Lavrov: Rusiya Ukrayna nizamlanmasına dair danışıqları bərpa etməyə hazırdır
- 23.06.2026 [15:27]
İran Prezidenti Pakistanda danışıqlar aparacaq
Portuqaliyalı futbolçu “Zirə”də
- [17:30]
İmişlidə bir neçə obyekt yanıb
- [15:43]
Eltun Yaqublu yenidən “Zirə”də
- [14:16]