Çin cari ildə ÜDM artımının 5 faiz civarında olacağını hədəfləyir
Pekin, 5 mart, AZƏRTAC
Çin hökuməti cari ildə ümumi daxili məhsulun (ÜDM) artımının 5 faiz civarında olacağını hədəfləyir.
AZƏRTAC xəbər verir ki, bu barədə Çin Dövlət Şurasının sədri (Baş nazir) Li Çian martın 5-də Pekində işə başlayan 14-cü çağırış Çin Xalq Nümayəndələri Yığıncağının 2-ci sessiyasının açılışında hökumətin hesabatını təqdim edərkən bildirib.
Li Çian ötən maliyyə ilində ölkədə 12,44 milyon yeni iş yerinin açıldığını, hökumətin cari maliyyə ilində də 12 milyon yeni iş yerinin yaradılmasını hədəflədiyini açıqlayıb. O, hökumətin tədbirli maliyyə siyasətini həyata keçirəcəyini, dövlət büdcəsində investisiyalar üçün 700 milyard yuan nəzərdə tutulduğunu bildirib.
Qeyd edək ki, ötən il Çində ÜDM 5,2 faiz artaraq 126 trilyon yuan (təxminən 17,5 trilyon ABŞ dolları) olub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [20:22]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:20]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [19:57]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [18:55]
Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib
- 14.10.2026 [16:57]
Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq
- 14.10.2026 [16:52]