Çin hökuməti ABŞ-a səyahət və təhsil barədə vətəndaşlarına xəbərdarlıq edib
Pekin, 9 aprel, AZƏRTAC
Çinin Mədəniyyət və Turizm Nazirliyi ABŞ-a səfər etməyi planlaşdıran turistlərə səyahət riskləri barədə xəbərdarlıq edib.
AZƏRTAC xəbər verir ki, nazirlik çinli turistlərə ABŞ-da səyahət zamanı diqqətli olmağı tövsiyə edib.
Çinin Təhsil Nazirliyi isə ABŞ-ın Ohayo ştatında Çin üçün əlverişsiz hesab edilən müddəaları özündə cəmləşdirən, Çin-ABŞ təhsil müəssisələri arasında akademik mübadilələrə məhdudiyyətlər qoyan ali təhsil haqqında qanunun qəbulundan sonra bu ölkədə təhsil haqqında xəbərdarlıq edib. Qurumun bəyanatında ABŞ-ın bəzi ştatlarında təhsil almağı planlaşdıran çinli tələbələrə təhlükəsizlik risklərini hərtərəfli qiymətləndirmək və ayıq olmaq tövsiyə edilib.
Qeyd edək ki, hər iki qurumun xəbərdarlığı son zamanlar iki ölkənin iqtisadi və ticarət əlaqələrinin pisləşməsi, habelə texnologiya və akademik əməkdaşlıq sahələrində artan gərginlik fonunda verilib. Çin tərəfi hesab edir ki, son illərdə ABŞ-da çinli tələbələr və alimlər artan nəzarətə məruz qalırlar. Çin vətəndaşları Birləşmiş Ştatlarda təhlükəsizlik siyasətinin və elmi tədqiqatların sərtləşdirilməsi ilə əlaqədar ayrı-seçkilik və ədalətsiz rəftarla üzləşirlər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:56]
Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir
- 29.09.2026 [15:38]
Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?
- 29.09.2026 [15:28]
Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL
- 29.09.2026 [15:13]
BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb
- 29.09.2026 [15:02]
Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir
- 29.09.2026 [14:52]