Çin mövcud vəziyyətlə bağlı İtaliyaya yardım edəcək
Roma, 11 mart, AZƏRTAC
Koronavirus təhlükəsi Çində azalmağa doğru getdikcə ölkə bu virusdan əziyyət çəkən Avropaya yardım etmək qərarı alıb.
AZƏRTAC xəbər verir ki, sözügedən yardım çərçivəsində Çin İtaliyaya həkimlər komandası və gigiyena vasitələri göndərməklə yanaşı, həm də min ağciyər aparatı və 2 milyon maska ixrac edəcək. Habelə 20 min xüsusi geyim və 50 min virusu aşkarlayan məhlul qabları göndəriləcək.
Sözügedən anlaşma martın 11-də yaxın saatlarda imzalanacaq.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]