DÜNYA
Çin Rusiya və Ukraynanı fərqli mövqeləri yaxınlaşdırmağa çağırıb
![Çin Rusiya və Ukraynanı fərqli mövqeləri yaxınlaşdırmağa çağırıb](/files/2023/2/1200x630/1689631392907713229_1200x630.jpg)
Bakı, 18 iyul, AZƏRTAC
Ukraynadakı münaqişənin hər iki tərəfi bir-biri ilə əlaqə saxlamalı və beynəlxalq ictimaiyyət sülh danışıqları üçün əlverişli mühit yaratmaq üçün birlikdə çalışmalıdır.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bunu Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Qenq Şuanq deyib.
“Biz sülh danışıqlarını asanlaşdırmaq üçün səylərimizi artırmalıyıq. Ukrayna böhranı hərbi yolla həll oluna bilməz, münaqişənin davam etməsi mülki şəxslərə daha çox əzab gətirəcək", -deyə diplomat bildirib.
O bildirib ki, münaqişədə iştirak edən hər iki tərəf yarı yolda bir-biri ilə görüşməli, bir-birinin narahatlığını aradan qaldıran və regional reallıqlara uyğun gələn həll yolları tapmalı, fərqli mövqeləri yaxınlaşdırmalıdır.