Çin şirkəti ilə işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən layihələr müzakirə edilib
Bakı, 2 sentyabr, AZƏRTAC
İqtisadiyyat naziri Mikayıl Cabbarov “China Energy International Group Co., Ltd.” şirkətinin sədri Lü Dzesianq ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə nazir bildirib.
“China Energy International Group Co., Ltd.” şirkətinin sədri Lü Dzesianq ilə Azərbaycanda energetika sahəsində reallaşdırılan təşəbbüslər və şirkətlə əməkdaşlıq imkanları, ölkəmizin yaşıl enerji potensialı və işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələr barədə müzakirələr apardıq”, - deyə nazir qeyd edib.