Çin Yerin məsafədən zondlanması üzrə orbitə daha bir qrup peyk çıxarıb
Pekin, 3 sentyabr, AZƏRTAC
Çin Yerin məsafədən yüksək görüntü ilə zondlanması üçün orbitə “Yaogan” seriyasından bir neçə peyk çıxarıb.
AZƏRTAC xəbər verir ki, peyk qrupunu orbitə aparan “Uzun yürüş-4B” (“Long March-4B”) raketinin buraxılışı yerli vaxtla səhər saat 9:22-də Siçuan vilayətindəki Siçanq məntəqəsindən həyata keçirilib.
“Çin Aerokosmik Elmlər və Texnologiyalar” korporasiyasının məlumatına əsasən, peyklər planlaşdırılan orbitə çatıb. “Yaogan” peykləri yeni texnologiyaların sınaqdan keçirilməsi üçün istifadə ediləcək.
Qeyd edək ki, bu, “Uzun yürüş” seriyasından 533-cü raket buraxılışı olub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [15:48]
Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır
- 14.10.2026 [15:47]
Çinin xarici ticarəti 19 faizə yaxın artıb
- 14.10.2026 [15:27]
İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb
- 14.10.2026 [15:27]