Çində avtobusun idarəetməni itirməsi 11 nəfərin ölümü ilə nəticələnib
Pekin, 3 sentyabr, AZƏRTAC
Çinin Şandon əyalətində məktəbliləri daşıyan avtobusun idarəetməni itirərək məktəbin qarşısındakı piyada zolağına çıxması faciəyə səbəb olub. Nəticədə 5 şagird və 6 valideyn ölüb, 13 nəfər müxtəlif dərəcədə bədən xəsarəti alıb.
AZƏRTAC Şandon əyalətinin səlahiyyətli qurumlarının açıqlamasına istinadla xəbər verir ki, hadisə Tayyan şəhərinin Donçin rayonunda səhər saat 7:30 radələrində, şagirdlərin məktəbə gəldiyi vaxt baş verib. İlkin ehtimala görə, sürücü idarəetməni itirib. Polis avtobusun sürücüsünü saxlayıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [15:48]
Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır
- 14.10.2026 [15:47]
Çinin xarici ticarəti 19 faizə yaxın artıb
- 14.10.2026 [15:27]
İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb
- 14.10.2026 [15:27]