Çində dünyanın ən böyük amfibiya təyyarəsi istifadəyə verilib



Bakı, 22 aprel, AZƏRTAC
Çinin Mülki Aviasiya Baş İdarəsi dünyanın ən böyük mülki hidrotəyyarəsi olan "Kunlun" AG600M modelinə sertifikat verib. “AVIC” korporasiyası tərəfindən istehsal edilən bu təyyarə nəqliyyat vasitəsi kimi təsdiqlənərək rəsmi olaraq istifadəyə buraxılıb.
AZƏRTAC xəbər verir ki, iki illik sınaq müddətində bir neçə “AG600M” təyyarəsi 2 mindən çox uçuş həyata keçirib, 10 mindən çox parametr yoxlanılıb, ümumi uçuş saatı isə 3560 saat təşkil edib. Bu, Çin aviasiyası üçün rekord göstəricidir.
Bu təyyarənin hazırlanması böyük milli layihə olub, belə ki, 292 müəssisə və 16 universitet bu prosesdə iştirak edib.
“AG600M” müasir dövrün ən böyük hidro təyyarəsidir. O, 12 tonadək su daşıya və 4500 kilometrədək məsafəyə uçuş edə bilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.05.2025 [13:08]
Tramp Suriyanın yeni Prezidenti Əhməd Əş-Şəraa ilə görüşüb
- 14.05.2025 [12:39]
Perunun hökumət başçısı istefa verib
- 14.05.2025 [12:36]
Donald Tramp: İranın nüvə silahı əldə etməsinə yol verməyəcəyik
- 14.05.2025 [12:30]
Aİ səfirləri Rusiyaya qarşı sanksiyaların 17-ci paketini təsdiq ediblər
- 14.05.2025 [12:24]
Fransada həmkarlar ittifaqları ölkə daxilində milli tətil üçün çağırış edib
- 14.05.2025 [12:21]
Sorğu: Ukrayna Prezidentinə etimad reytinqi artır
- 14.05.2025 [12:14]