ÇİNDƏ “SAOMAY” QASIRĞASI 111 NƏFƏRİN ÖLÜMÜNƏ SƏBƏB OLMUŞDUR
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, Çinin cənub-şərq sahillərinin məruz qaldığı “Saomay” qasırğası nəticəsində 111 nəfər həlak olmuş, 80 adam yaralanmışdır. Fəlakət zonasında sürəti saatda 216 kilometrə çatan külək gəmiləri çevirmiş, evləri uçurmuşdur.
“Saomay” Çinin 1949-cu ildən bəri məruz qaldığı ən güclü qasırğadır.
Hakimiyyət orqanları qasırğadan əvvəl Çjetszyan və Futszyan əyalətlərindən 1,5 milyondan çox adamı köçürmüşlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]