Çövkən üzrə millinin kapitanı: Ümid edirəm ki, Oyunların qalibi olarıq VİDEO
Şəki, 28 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
III MDB Oyunlarının ölkəmizdə keçirilməsi çox sevindiricidir. Yarışların bölgələrdə təşkil edilməsi idmanımızın inkişafı üçün çox yaxşıdır. Bu gün ilk oyunda qələbə qazandıq. Bu münasibətlə komandamızın üzvlərini, idmansevərləri təbrik edirəm.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Azərbaycanın çövkən üzrə millisinin kapitanı Tərlan Qurbanəliyev deyib.
Qarşıda onları gərgin oyunların gözlədiyini vurğulayan komanda üzvü əlavə edib: “İlk qələbəmizin ardı gəlsin. İnşallah, birinci olarıq, bayrağımızı yüksəkliklərdə dalğalandırarıq”.