ÇUXANLI KƏNDİNDƏ 10 MİN TONLUQ SOYUDUCU ANBAR KOMPLEKSİNİN TİKİNTİSİ BAŞA ÇATMIŞDIR
Salyan, 2 oktyabr (AZƏRTAC). Salyan rayonunun Çuxanlı kəndi ərazisində 10 min tonluq soyuducu anbar kompleksinin tikintisi başa çatmışdır.
Bakı-Astara magistral yoluna yaxın ərazidəki 5 hektara yaxın sahədə inşa olunmuş yeni muəssisənin saxlama kameralarının yüksək standartlara uyğun əsas avadanlığı Turkiyə və Almaniyadan gətirilmişdir.
Kompleksin tərkibinə soyuducu anbarlarla yanaşı məhsul qəbulu, inzibati idarə və digər xidmət binaları, tara sexləri və s. daxildir.
Kənd təsərrüfatı məhsullarının ilboyu etibarlı saxlanmasına zəmanət verəcək soyuducu anbar kompleksinin xidmətindən yararlanmaq Salyanla bərabər, qonşu Neftçala və Biləsuvar rayonlarının sahibkarları üçün də sərfəli olacaq, istehsalçıların əməyinin stimullaşdırılmasına müsbət təsir göstərəcəkdir.
Tezliklə istifadəyə veriləcək yeni müəssisədə 100 nəfərə yaxın sakinin işlə təmin edilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]