CIA: Teylor Sviftin konsertinə planlaşdırılan hücumun hədəfi çox sayda insanı öldürmək olub
London, 30 avqust, AZƏRTAC
Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) bildirib ki, terror şübhəsinə görə Vyanada ləğv olunan Teylor Svift konsertinə hücum etməyi planlaşdıran şübhəlilər tədbirdə çox sayda insanı öldürmək istəyiblər.
AZƏRTAC xəbər verir ki, bu barədə CIA-nın direktor müavini Devid Koen açıqlama verib.
Məlumata görə, ABŞ tərəfinin Avstriya hakimiyyətinə verdiyi kəşfiyyat məlumatları bu planın qarşısını almağa və yüzlərlə insanın həyatını xilas etməyə imkan verib. Koen bildirib ki, konsertdə on minlərlə insanın, o cümlədən çoxlu amerikalının iştirakı planlaşdırılırdı. O, şübhəlilərin planlarının irəliləmiş mərhələdə olduğunu əlavə edib.
Qeyd edək ki, hadisə ilə əlaqədar İŞİD qruplaşmasından ilham aldığı iddia edilən üç yeniyetmə oğlan həbs olunub.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [21:21]
İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb
- 14.10.2026 [21:20]
Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır
- 14.10.2026 [20:22]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:20]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [19:57]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [18:55]