Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cinayətkarlara qarşı mübarizədə polisin qəhrəmanlıq və fədakarlıq nümayiş etdirdiyini unutmamalıyıq - Şərh

Polis əməkdaşlarının etik-davranış qaydalarına əməl edilməsi ilə bağlı mütəmadi təlimlər keçirilir

Bakı, 14 iyul, AZƏRTAC

Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə toxunulan mövzulardan biri də Gədəbəyin Söyüdlü kəndində baş verən hadisələr oldu. Həmin təxribat xarakterli hadisələr zamanı Azərbaycan polisini ləkələməyə çalışan qüvvələrə dövlətimizin başçısı tərəfindən sərt mesaj da göndərildi. Prezident müşavirədə çıxış edərək deyib: “Heç kim, necə deyərlər, fikirləşməsin ki, biz bunu unutmuşuq. Azərbaycanda xaos, özbaşınalıq, təxribat xarakterli addımlar 1993-cü ildə başa çatıb. Əgər kimsə unudubsa, biz xatırlada bilərik. Ona görə vətəndaşlar da həm mədəniyyət göstərməlidirlər, necə deyərlər, mərifət göstərməlidirlər, qanuna tabe olmalıdırlar, polisə daş atmamalıdırlar, polisə daş atmaq heç kimə şərəf gətirən hərəkət deyil. Bu, birincisi. İkincisi, bu, cinayətdir. Əgər Azərbaycan polisi dözümlülük göstərirsə, o demək deyil ki, kim istəyir polisə daş ata bilər. Bu, qətiyyən mümkün deyil. Mən hər kəsə deyirəm, burada biz kiminsə nazı ilə oynayası deyilik, necə lazımdır, əgər lazım bilsək, kimi lazımdır, elə cəzalandırarıq ki, peşman olar”.

Dövlətin əsaslarına yönələn təhdidlərin qarşısının alınmasında Azərbaycan polisinin xüsusi rolu var

Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev AZƏRTAC-a müsahibəsində bu yaxınlarda 105 illiyini qeyd edən Azərbaycan polisinin çevikliyi, ayıq-sayıqlığı nəticəsində ictimai asayişin necə qorunması, cinayətkarlıqla uğurlu mübarizədən bəhs edib.

O bildirib ki, hazırda cinayətkarlığa qarşı mübarizədə informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə edilir: “Adətən bunlar internet, sosial şəbəkələr üzrə aşkar edilir. Azərbaycan polisinin çevikliyi, peşəkarlığı sayəsində terrorçular operativ şəkildə aşkarlanaraq zərərsizləşdirilir. Son vaxtlar ayrı-ayrı dövlətlərin xüsusi xidmət orqanları Azərbaycanda təxribat törətməyə, qanunsuz hərəkətlər, aksiyalar təşkil etməyə cəhd edir. Məhz dövlətin əsaslarına yönələn təhdidlərin qarşısının alınmasında Azərbaycan polisinin xüsusi rolu var”.

İctimai Şuranın sədri deyib ki, polis əməkdaşları cinayətkarlığa qarşı daha səmərəli və operativ mübarizə aparır, vətəndaşların hüquq və azadlıqlarının qorunması üçün çox mühüm əhəmiyyət kəsb edən dövləti vəzifələri şərəflə, ləyaqətlə və peşəkarlıqla yerinə yetirir. Eyni zamanda, polisin fəaliyyətinə qarşı tələblər var. Çünki polis bu gün öz fəaliyyətini şəffaflıq, vətəndaşların məmnunluğu üzərində qurub. Hazırda onun şəffaflıq reytinqi xeyli dərəcədə artıb. Eyni zamanda, əgər polis əməkdaşlarının qanunsuz hərəkətləri olursa, dərhal reaksiya verilir. Yəni bir tərəfdən polis əməkdaşlarının peşəkarlığı yüksəlir, digər yandan cavabdehlik, öz əməkdaşlarına münasibətdə məsuliyyət tələbləri artır. Çünki onların başlıca vəzifəsi vətəndaş məmnunluğunun təmin edilməsi, onun hüquq və azadlıqlarının, qanunu mənafelərinin qorunmasıdır. Hər bir şəxsin qanuni mənafeyinin, hüquq və azadlıqlarının etibarlı təminatı üçün davamlı tədbirlər həyata keçirilir.

Polisin peşəkarlığının yüksəldilməsi istiqamətində sistemli tədbirlər görülür

Qeyd olunub ki, polisin peşəkarlığının yeni keyfiyyət səviyyəsinə yüksəldilməsi istiqamətində sistemli tədbirlər görülür. Bütün peşə tələblərinə cavab verən xüsusi qurum - Təlim Mərkəzi yaradılıb. Şəxsi heyət planlı şəkildə həmin Mərkəzdə və Polis Akademiyasında ixtisasartırma və yenidən hazırlıq kurslarına cəlb olunur. Polis kadrların hazırlanmasına xüsusi diqqət göstərilir. Polis orqanlarına işə götürülmə prosesi yüksək səviyyədə qurulub. Eyni zamanda, polis rəhbərliyində mütəmadi olaraq yeni kadrların gəlməsi, müasir texnologiyaların tətbiqi, mütərəqqi təcrübənin öyrənilməsi istiqamətində fəaliyyətlər həyata keçirilir.

Eyni zamanda, 44 günlük Vətən müharibəsində polisin müxtəlif nümayəndələrinin göstərdiyi qəhrəmanlıqları danmaq olmaz. Polis Azərbaycan xalqının tərkib hissəsidir və ictimai sabitliyin qorunması istiqamətində onun xidmətləri danılmazdır.

Bu gün yeni yanaşmalarından biri də odur ki, polis orqanları vətəndaş, cəmiyyət, mətbuatla çox yüksək səviyyədə əlaqələr yaradıb və əlaqələrin genişləndirilməsi istiqamətində addımlar atıb. Sosial şəbəkələr vasitəsilə əks - əlaqə yüksək səviyyədə qurulub. Bu, polis orqanlarında şəffaflığın göstəricisidir. Digər yandan Daxili İşlər Nazirliyi yanında İctimai Şura yaradılıb. Ümumiyyətlə, polis fəaliyyətində bütün istiqamətlər şəffaflaşdırılır. Polis əməkdaşlarının peşəkarlığın artırılması, etik-davranış qaydalarına əməl edilməsi ilə bağlı mütəmadi təlimlər təşkil olunur.

Hazırkı təhlükəsizlik mühiti həm də polisin gözəgörünməz, önləyici fəaliyyətinin nəticəsidir

“Həmçinin polisin infrastrukturun gücləndirilməsi istiqamətində də addımlar atılır. Mütəmadi struktur dəyişikləri baş verir. Azərbaycan Polisi Günü ərəfəsində DİN-in Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin yeni inzibati binası istifadəyə verildi. Kibercinayətkarlıq hazırkı şəraitdə ən mühüm təhdidlərdən biridir, bütövlükdə dünyada cinayətkarlıqla mübarizədə ən mühüm təhdidlərdən sayılır. Yeni mərkəz kibercinayətlərə qarşı əks tədbirlərin gücləndirilməsi, sistemli aparılması, vətəndaş məmnunluğunun təmin edilməsi üzrə fəaliyyətin beynəlxalq standartlara cavab verən iş şəraitində həyata keçirilməsi məqsədilə yaradılıb. Bu sahədə müvafiq strukturun formalaşdırılması cinayət hadisələrinin açılmasını daha da sürətləndirəcək”, - deyə İctimai Şuranın sədri bildirib.

Diqqətə çatdırılıb ki, hazırda Azərbaycanın bir çox şəhərləri təhlükəsizlik şəhər konsepsiyasına uyğun olaraq törədilmiş istənilən cinayətin və qanun pozuntularının qısa müddətdə operativ açılmasına mühüm töhfə verir. Bu baxımdan, Azərbaycan polisinin 105 illik inkişaf tarixinə nəzər salsaq, onun böyük nailiyyətlər qazanmasını görərik: "Hər hansı təhlükə hiss etdiyimiz zaman dərhal müraciət etdiyimiz ünvan Azərbaycan polisidir. Təhlükə ilə üzləşən insanların köməyinə çatan, həyatını düşünmədən riskə atan polis əməkdaşlarının sayı yüzlərlədir. Hər bir Azərbaycan vətəndaşı anlamalıdır ki, hazırkı təhlükəsizlik mühiti həm də polisin gözəgörünməz, önləyici fəaliyyətinin nəticəsidir".

Azərbaycan polisinin ölkədə sabitliyin qorunmasında rolu danılmazdır. Təhlükə hiss edərkən, çətinliyə düşərkən dost-tanışdan daha çox 102 xidmətinə zəng edirik. Polisin operativ və yorulmaz fəaliyyəti nəticəsində dəfələrlə təhlükədən sovuşub ürək rahatlığı ilə həyatımıza davam etmişik. Odur ki, öz vəzifə borclarını yerinə yetirən polisimizə qarşı olmaq yerinə, onlarla həmrəy olub asayişin qorunmasında pay sahibi olaq. Sonda fikirlərimizi dövlət başçısının müşavirədəki çıxışından bir hissə ilə tamamlamaq yerinə düşər:

“Bizim polis gecə-gündüz soyuqda, istidə, dağda asayişi qoruyur. Bizim Daxili Qoşunlarımız Qarabağda müharibə zamanı şəhid verib. İndi kimsə gəlsin, polisə ləkə vursun. Mən buna imkan verməyəcəyəm və hər kəs bunu bilsin - təxribatçılar, o təxribatlara uyanlar və bütün ictimaiyyət”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib