Azərbaycan Dövlət İnformasiya Agentliyi

COP28 ərəfəsində iqlim dəyişikliyinə daha çox həssas olan 10 ölkənin adları açıqlanıb

Bakı, 2 may, AZƏRTAC

Bu ilin noyabrında Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək COP28 iqlim sammiti ərəfəsində iqlim dəyişikliyindən daha çox təsirlənən 10 ölkənin adları açıqlanıb.

AZƏRTAC “Emirates” informasiya agentliyinə istinadla xəbər verir ki, bu siyahıda ilk yerdə Mərkəzi Afrikanın yoxsul ölkəsi Çad yer alıb. Bu ölkədə sel və daşqınlardan sonra başlayan quraqlıq vəziyyəti daha da acınacaqlı edib. Dünya Bankının məlumatına görə, Çadda quraqlıq nəticəsində kənd təsərrüfatına dəyən ağır zərbə 2,4 milyon insanın aclıq təhlükəsi ilə üzləşməsinə səbəb olub. Ölkənin şimal hissəsində səhralaşma prosesi də güclənib ki, bu da əhalinin köçü ilə nəticələnib. NASA-nın proqnozuna görə, cənub-qərbdə yerləşən Çad gölü 20 ildən sonra quruyacaq. 2022-ci ildə baş vermiş güclü daşqınlar paytaxt Ncamenada evləri, əsas infrastruktur obyektlərini dağıdıb, 750 minə yaxın insan sel nəticəsində evlərini tərk edib, vəba xəstəliyi artıb.

Asiyada isə iqlim dəyişikliyinin ən çox təsir etdiyi ölkələrdən biri olan Banqladeşdə tropik siklon hər il ölkəyə 1 milyard dollardan çox zərər verir. Bu ölkə kənd təsərrüfatı istehsalının üçdəbirini itirə bilər, 13 milyon insan iqlim miqrantlarına çevriləcək. Dünya Bankının məlumatında bildirilir ki, 2050-ci ildə Banqladeş ərazisinin 17 faizi dəniz səviyyəsinin qalxması nəticəsində suyun altında qalacaq, 20 milyon insan öz evlərini tərk edəcək.

Afrikanın şərqində yerləşən Somali də quraqlıqdan ən çox əziyyət çəkən ölkələrdən biridir. Artıq ölkənin bir çox yerlərində məhsul yığımı mümkün deyil. Aclıq fəlakəti ilə üzləşən Somali əhalisinin bir hissəsi quraqlıq və münaqişələrdən əziyyət çəkən qonşu Keniya və Efiopiyaya üz tutub. Beynəlxalq Axtarış Komitəsinin hesabatında qeyd olunub ki, bu ölkədə davam edən silahlı münaqişələr və quraqlıq dözülməz vəziyyət yaradıb.

Hesabatda Afrika qitəsinin daha üç ölkəsi - Keniya, Cənubi Sudan və Efiopiya da yer alıb. Keniya quraqlıq fəlakətindən sonra ciddi ərzaq böhranı ilə üzləşib. Bu ölkənin 11 əyalətində fövqəladə vəziyyət elan edilib, turizm sektorunda əsas gəlir mənbəyi olan heyvanlar - fillər, zürafələr, zebralar məhv olub. Cənubi Sudanda 2022-ci ildə və cari ilin əvvəlində baş vermiş daşqınlar nəticəsində 900 min insan zərər görüb, bu ölkədə vəba və malyariya xəstəlikləri geniş yayılıb. Efiopiya isə qitənin aclıqdan ən çox əziyyət çəkən ölkələrindən biridir. Burada illərdir davam edən quraqlıq aclığa səbəb olub.

USAID təşkilatının məlumatına görə, Latın Amerikasının və Karib hövzəsinin iqlim dəyişikliyinə ən həssas ölkəsi olan Haitidə əhalinin yarıdan çoxu sel və daşqın bölgələrində və sürüşmə zonalarında məskunlaşıb. Burada meşələrin məhv edilməsi qasırğalara qarşı müqaviməti azaldıb, quraqlıq aylarında havanın temperaturunun artmasına gətirib çıxarıb. Bundan başqa, Haitidə hər üç nəfərdən biri içməli su tələbatını ödəyə bilmir.

Siyahıda Sakit Okeanın mərkəzi hissəsində yerləşən, ekvator boyunca uzanan 33 atoldan və adadan ibarət ada respublikası olan Kiribati də yer alıb. Adalar qrupu 1950-ci ildən bəri hər on ildə 0,1°C-0,2°C arasında istiləşmə yaşayıb. Təxminən 100 min insanın yaşadığı Kiribati dəniz səviyyəsindən cəmi 6 fut hündürlükdə yerləşir və elm adamları hesab edirlər ki, bu əsrdə nə vaxtsa bu adalar iqlim dəyişikliyi səbəbindən okeanların səviyyəsi yüksəldiyi üçün yaşayış üçün yararsız hala düşə bilər.

Hindistan da iqlim dəyişikliyinə ən həssas ölkələrdən biridir. Hazırda Çini geridə qoyaraq 1,4 milyard nəfərlə dünyanın ən böyük əhalisinə sahib və dünyanın ən böyük istixana qazı emissiyasından birinə malik olan bu ölkədə 2000-2004 və 2017-2021-ci illər arasında həddindən artıq istilər səbəbindən ölümlərin sayının 55 faiz artdığı bildirilir. İqlim Reallığı Layihəsinə görə, 2022-ci ildə həftələrlə davam edən istilik dalğası temperaturun 50°C-dən yuxarı qalxmasına səbəb olub. Hindistan, həmçinin müəyyən bölgələrdə kənd təsərrüfatı və məhsul istehsalına ciddi təsir göstərən geniş yayılmış quraqlıq, eləcə də daşqınlarla üzləşir.

Filippin də iqlim dəyişikliyinə ən həssas ölkələrdən biridir. “Climate Links” saytının məlumatına görə, Filippin və Cənub-Şərqi Asiyada bir sıra adalar iqlim dəyişikliyinin mənfi təsirinə məruz qalıb. Adalar üçün iqlim risklərinə dəniz səviyyəsinin qalxması, ekstremal hava hadisələrinin tezliyinin artması və temperaturun yüksəlməsi daxildir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlığında yeni mərhələ - ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq