COVID-19 pandemiyası Honkonq iqtisadiyyatına 27 milyard dollar ziyan vurub
Bakı, 4 yanvar, AZƏRTAC
COVID-19 pandemiyası və sərt məhdudiyyətlər Honkonqun iqtisadiyyatına 27 milyard dollara başa gəlib.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə məlumat “Natixis SA” investisiya bankının hesabatında yer alıb.
Ekspertlərin fikrincə, koronavirus pandemiyası olmasaydı, Honkonq iqtisadiyyatı son üç il ərzində orta hesabla 2,8 faiz böyüyə bilərdi və nəticədə ölkənin ümumdaxili məhsulunun (ÜDM) həcmi 2018-ci ilin səviyyəsindən 7 faiz yüksək olardı. Təkcə 2022-ci ildə Honkonqda ÜDM 3 faiz azalıb.
Honkonqun hakimiyyət orqanları pandemiya səbəbindən sərt karantin tətbiq edərək şəhərin sərhədlərini üç il bağlı saxlayıb. Məhdudiyyətlər 2022-ci il ərzində tədricən qaldırılıb. Hazırda Çinin materik hissəsi ilə sərhədi açmağa hazırlıq görülür. “Natixis SA” investisiya bankının hesablamalarına əsasən, sərhədin açılması 2023-cü ildə Honkonq iqtisadiyyatının 4 faiz artmasına səbəb olacaq. Həmçinin iqtisadi fəaliyyətin normallaşması onun maliyyə mərkəzi statusunu qorumasına kömək edə bilər.
2022-ci ilin iyun ayına olan məlumata görə, son 24 ay ərzində Honkonqun əhalisinin sayı 216 min nəfər və ya 2,8 faiz azalaraq 7,3 milyon nəfərə enib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]