“Crocus City Hall”da terror aktı zamanı ölənlərin cəsədlərinin identifikasiyasına başlanılıb
Moskva, 24 mart, AZƏRTAC
“Crocus City Hall”da törədilmiş terror aktı nəticəsində ölənlərin cəsədlərinin identifikasiyasına başlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Moskva Səhiyyə departamenti məlumat yayıb.
Bildirilir ki, prosedurlar paytaxtın Məhkəmə-Tibbi Ekspertiza Bürosunda aparılır. Həlak olanların yaxınları bu büroya dəvət olunurlar. Mütəxəssislər cəsədlərin bəzilərinin tanınmaz hala düşdüyünü nəzərə alaraq, molekulyar-genetik ekspertizaya ehtiyac duyulacağını və bu səbəbdən prosedurun bir neçə həftə davam edə biləcəyini ehtimal edirlər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:33]
Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir
- 11.06.2026 [15:16]
Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib
- 11.06.2026 [15:01]
İsveçdə ictimai yerlərdə hicabın qadağan olunması təklif edilir
- 11.06.2026 [14:30]