DAMA ÜZRƏ AZƏRBAYCAN BİRİNCİLİYİ KEÇİRİLİR
Bakı, 3 mart (AZƏRTAC). Respublika Şahmat Mərkəzində keçirilən 100 xanalı dama üzrə Azərbaycan birinciliyində 2 tur oynanılmışdır.
Gənclərin yarışında Aslan Aslanlı 4 xalla turnir cədvəlinə liderlik edir. Kadetlərin turnirində Sidqi Samanduyev (4 xal) və Nuridə Cəfərova (4 xal) ilk pillələrdə qərarlaşmışlar. Kiçik kadetlərin yarışında hərəyə 4 xalla Zeynal Rəşidli, Anar Mustafayev, Həmidə Əhmədova və Ceyran Məmmədova fərqlənmişlər. Ümidlərarası mübarizədə isə Famil Kamilli, Orxan Davidov, Firduz Kərimzadə və Tahirə Bağırzadə hərəyə 4 xal toplayaraq birinci yerləri tuturlar.
Martın 11-dək davam edəcək birincilikdə 96 idmançı mübarizə aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [13:05]
“Barselona” tarixi rekordu təkrarlayıb
- 14.10.2026 [12:45]
“Barselona”nın baş məşqçisi İstanbulda kuryoz hadisə ilə üzləşib
- 14.10.2026 [10:44]