Daşınmaz əmlakın qeydiyyat xidmətləri xüsusi rejimdə aparılacaq
Bakı, 29 mart, AZƏRTAC
Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkəmizdə xüsusi karantin rejiminin elan olunması ilə əlaqədar martın 29-dan etibarən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri fəaliyyətini xüsusi iş rejimində davam etdirir.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsi (alqı-satqı, bağışlama və s.) barədə notariuslardan daxil olan müraciətlər qanunvericilikdə nəzərdə tutulmuş vaxtda icra olunmaqla, daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışlar online qaydada hazırlanacaq və bu barədə sms vasitəsilə vətəndaşlara bildiriş göndəriləcək.
Vətəndaşlara “Elektron hökumət” portalı vasitəsilə (https://www.e-gov.az) elektron xidmətlərdən istifadə etmək tövsiyə edilir.
Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində digər müraciətlər bu gündən Əmlak Məsələləri Dövlət Komitəsinin 193 və 1186 Çağrı mərkəzləri vasitəsilə qəbul ediləcək.
65 yaşdan yuxarı və xroniki xəstəliyi olan vətəndaşlara isə birbaşa yaşayış ünvanlarında səyyar xidmət təşkil ediləcək.
Qeyd edək ki, ərazi qeydiyyat ofisləri, həmçinin səyyar xidmət göstərən əməkdaşlar hərarət ölçən cihaz və müvafiq gigiyenik vasitələrlə təmin edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [15:24]
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]
Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir
- 14.06.2026 [14:25]
Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib
- 14.06.2026 [09:29]
Dünya bazarında qızıl və gümüş bahalaşıb
- 14.06.2026 [09:17]
Dünya birjalarında neft ucuzlaşıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]