DAŞKƏND VİLAYƏTİNDƏ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ YARADILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Daşkənd vilayətinin Almalık şəhərində Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) yaradılmasına həsr olunmuş mərasimi keçirilmişdir.
Daşkənddəki Beynəlmiləl Mədəniyyət Mərkəzi sədrinin müavini Münaccat Nurmatova, Almalık şəhər hakiminin müavini Cahangir İkramov və başqaları mədəniyyət mərkəzlərinin çoxmillətli Özbəkistanın həyatında müsbət rolundan danışmışlar.
Sonra “Azəri qızları” uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa etmişlər.
AMM-nin sədri Şahin Bayramov bildirmişdir ki, Daşkənd vilayətində yaşayan soydaşlarımızın əksəriyyəti repressiya qurbanlarının ailələridir. Onlar xalqımızın adət-ənənələrini bu günədək qoruyub saxlamışlar. Məqsədimiz Daşkənd vilayətinin müxtəlif şəhərlərində yaşayan soydaşlarımızı bir yerə yığmaq, onlarla məqsədyönlü iş aparmaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]