Daşkənddə sərbəst güləş üzrə keçirilən yarışlarda həmyerlimiz qızıl medala sahib olub
Daşkənd, 2 iyul, AZƏRTAC
Daşkənddə Özbəkistan kuboku uğrunda gənclər və yeniyetmələr arasında sərbəst güləş üzrə yarışlar keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışlarda Daşkənddə yaşayan soydaşımız Əmrah Hüseynov 57 kiloqram çəki dərəcəsində yeddi idmançıya qalib gələrək qızıl medala layiq görülüb. İdmançımızın rəqibləri cəmi üç xal qazana bilib. Həmçinin Ə.Hüseynov “ən texnikalı idmançı” adını da qazanıb.
Qeyd edək ki, Əmrah Hüseynovun atası Mehdi Hüseynov da Özbəkistanın tanınmış güləşçisidir. O, Özbəkistandakı Azərbaycan Milli Mədəniyyət Mərkəzi nəzdindəki güləş bölməsinin məşqçisi olub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]