Daşkəndin “sharh.uz” saytı “Heydər Əliyev-Azərbaycan xalqının lideri və idealı” adlı material yayıb
Daşkənd, 15 dekabr, AZƏRTAC
Daşkəndin “sharh.uz" saytında “Heydər Əliyev-Azərbaycan xalqının lider və idealı” adlı material verilib.
Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə rus dilində çap olunan məqalədə Ulu Öndərin dövlətçiliyin qorunub saxlanılması, habelə Azərbaycan xalqı qarşısındakı digər misilsiz xidmətlərindən bəhs edilir. Materialda bu böyük siyasətçinin fenomen bir şəxsiyyət kimi siyasi təcrübəsi haqqında ətraflı söhbət açılır.
Müəllif qeyd edir ki, Heydər Əliyevin həyata keçirdiyi layihələr sayəsində ölkəyə külli miqdarda xarici kapital cəlb edilib. Nəticədə Azərbaycan iqtisadiyyatı geniş tərəqqi yoluna çıxıb, keçmiş SSRİ məkanında inkişaf etmiş dövlətə çevrilib.
Məqalədə deyilir ki, Özbəkistanla Azərbaycan arasında dostluq münasibətlərinin yaranması və inkişaf etdirilməsində də Heydər Əliyevin müstəsna xidmətləri var. Müəllif bildirir ki, eyni din, dil, tarix və mədəniyyət malik iki qardaş xalq arasında münasibətlərin yüksək səviyyəyə qaldırılması Heydər Əliyevin səyləri nəticəsində mümkün olub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [19:55]
Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 04.06.2026 [18:45]
Azərbaycan XİN başçısı Braziliya səfiri ilə görüşüb
- 04.06.2026 [18:16]