Daşkəsəndə gənclərə minaların törədə biləcəyi fəsadlar barədə məlumat verilib
Bakı, 14 avqust, AZƏRTAC
İşğaldan azad olunmuş ərazilərdə təhlükəsiz həyat şəraitinin formalaşdırılması üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən “Partlayıcı Sursatların təhlükəsinə dair maarifləndirmə” təlimləri davam edir.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, növbəti təlim Gənclər və İdman Nazirliyi Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin müraciəti əsasında Daşkəsən rayonunun Gənclər Birliyinin nümayəndələrinə keçirilib.
Təlimdə iştirakçılara təhlükəli ərazinin əlamətləri, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları, eləcə də müxtəlif növ mina və sursat maketlərinin nümayişi ilə onların törədə biləcəyi fəsadlar barədə məlumat verilib.