Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dayanıqlı memarlıq, yaxud müasir ev necə olmalıdır? – ekspertlə söhbət

Dayanıqlı memarlıq, yaxud müasir ev necə olmalıdır? – ekspertlə söhbət

Bakı, 25 aprel, Adbulla Suvar, AZƏRTAC

Evi əbəs yerə ailənin ən mühüm sosial ehtiyacı hesab etmirlər. Çünki ev təkcə daşdan və betondan ibarət bir məkan deyil, həm də hər kəsin rahatlıq və dinclik tapdığı bir ünvandır. Ömrümüzün ən xoş və unudulmaz anları da çox vaxt evlə bağlı olur.

Müasir dövrdə həyat tərzinə və ehtiyaclara uyğun çoxsaylı ev layihələri mövcuddur. Hər bir ev öz sahibinə xasdır və bir-birindən fərqlənir. Şübhəsiz ki, ev nə qədər geniş, təmirli və estetik baxımdan cəlbedici olsa, bir o qədər doğmalıq hissi və rahatlıq bəxş edir. Lakin evin gözəlliyi və funksionallığı ilk növbədə onun layihələndirilməsi və tikilişindən asılıdır. Əlbəttə, burada maddi imkanlar da böyük rol oynayır.

Son illər dəyişən memarlıq trendləri, ekoloji və enerji səmərəli yanaşmalar yeni suallar doğurur. Bu suallara cavab tapmaq üçün Azərbaycan Memarlar İttifaqının “Dayanıqlı Memarlıq” üzrə yaradıcılıq komissiyasının sədri, təcrübəli memar Fəxrəddin Verdiyevlə söhbətləşdik. AZƏRTAC müsahibəni təqdim edir.

– Fəxrəddin müəllim, əvvəlcə oxucularımıza özünüzü təqdim edin.

– Mən 2002-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmişəm. 23 ildir bu sahədə fəaliyyət göstərirəm. Bir çox mühüm dövlət layihələrinin memarı olmuşam. Son illərdə əsas diqqətimi ekologiya baxımından dayanıqlı memarlığa yönəltmişəm və bu istiqamətdə bir sıra sertifikatlar əldə etmişəm.

– Dayanıqlı memarlıq ideyası necə formalaşıb?

– Bu anlayış ilk dəfə 1987-ci ildə BMT-nin hesabatında yer aldı. 2015-ci ildə isə BMT-nin müəyyən etdiyi 17 Dayanıqlı İnkişaf Məqsədi qəbul edildi. Dayanıqlı memarlıq həm insana, həm də təbiətə uyğun həyat şəraitinin qurulmasıdır. Bu sahədə əsas prinsiplər ekoloji, iqtisadi və sosial dayanıqlıqdır.

– Memarlığı dayanıqlı edən nədir?

– Əvvəla, bu, resurslardan rasional istifadədir, resurslar isə son nəticədə pul deməkdir. Məsələn, temperaturu saxlamayan bir ev tikmisinizsə, qışda divarlarınız və damınız vasitəsilə istilik yalnız evi deyil, həm də küçəni isidəcək. Buna görə də, belə bir evi qızdırmaq üçün daha çox enerji və pul lazımdır. Ekoloji cəhətdən dayanıqlı bir ev minimal enerji sərfiyyatı ilə isti və rahat olacaq. Eyni durum kondisioner, havalandırma, işıqlandırma kimi amillərə də aiddir. Təbii ki, istilik izolyasiyası dayanıqlığın tərkib hissələrindən biridir. Bütövlükdə, bu, günəş trayektoriyası, külək istiqaməti və bir çox digər amillər nəzərə alınmaqla, enerji və iqlim təhlilinə əsaslanan kifayət qədər mürəkkəb layihədir. Son məqsəd karbon neytral, yəni ətraf mühitə zərər verməyən binalar inşa etməkdir.

– Müasir texnologiyalar memarlığa necə təsir göstərir?

– Texnologiyalar bizə istənilən şəraitdə rahat evlər qurmaq imkanı verir. Lakin biz bu zaman ənənəvi üsulları unutmamalıyıq. Keçmişdə insanlar kondisionersiz də rahat yaşaya bilirdilər, çünki evlər düzgün istiqamətə yönəldilmişdi, havalandırma nəzərə alınmışdı.

– Müasir ev necə inşa olunmalıdır?

– Ev yerləşdiyi yerin iqlim şəraitinə uyğun olmalıdır. Rütubət, günəş, külək, səs-küy və toz kimi amillər nəzərə alınmalı, daha sonra texnologiyalar – sensorlar, avtomatlaşdırılmış sistemlər tətbiq olunmalıdır.

– Rahat və səssiz ev inşa etmək mümkündürmü?

– Əlbəttə! Bunun üçün keyfiyyətli materiallar və düzgün havalandırma sistemləri vacibdir. Yüksək keyfiyyətli havanı və evdə kif və rütubətin olmamasını təmin etmək üçün rütubətin yalnız küçədən gəlmədiyini başa düşməliyik. Mətbəxdə yeməyin bişirilməsi, vanna otağından istifadə edilməsi və hətta nəfəs almağımız da nəm mənbəyidir. Buna görə də, evlərdə havalandırma şaxtalarından istifadə etmək çox vacibdir ki, təbii havaçəkmə sayəsində evdə havanın hərəkət istiqamətini düzgün təmin edərək, evdən isti və işlənmiş nəmli havanı davamlı olaraq xaric etsin. Bu, təmiz hava axını və binaların davamlı havalandırılmasını təmin edir. Sensorla idarə olunan klapanları havalandırma şaxtalarında yerləşdirsək, qışda isitməyə, yayda isə kondisionerə qənaət edən, evdən yalnız lazımi miqdarda havanı çıxaran çox qənaətcil və ağıllı texnologiyalar əldə edəcəyik. Pəncərələri açaraq evin mütəmadi havalandırılması çox vacibdir. Lakin havalandırma sistemindən fərqli olaraq, bunu daimi şəkildə etmək mümkün deyil. Çünki dəyişən hava şəraitinə görə pəncərələri daimi açıq saxlamaq olmur. Küçədən toz, səs-küy və ya güclü küləyin olması pəncərələrin daha az açılmasına və evdəki otaqların kifayət qədər havalandırılmamasına səbəb olur ki, bu da havanın keyfiyyətinin azalmasına gətirib çıxarır və sağlamlığımıza mənfi təsir göstərir. Eyni zamanda, pəncərələrin tez-tez açılması istilik və ya soyuqluğun itkisinə səbəb olur ki, bu da istilik və ya soyutma xərclərini artırır.

– Kiçik sahədə rahat ev tikmək üçün nələrə diqqət etməliyik?

– Təəssüf ki, biz çox vaxt otaqların pəncərələrini hansı istiqamətə yönəltməyi və evi günəşə nisbətən necə yerləşdirməyi seçə bilmirik. Torpaq sahəsi kiçik olduğuna görə, demək olar ki, əsasən evin yerləşməsi yola və qonşu evlərin yerləşməsinə bağlıdır. Mövcud şəraitə görə, böyük pəncərələrin qərb istiqamətində yerləşməsi qaçılmazdırsa, onların üzərində kölgə yaradan kiçik bir çıxıntı (koziryok) və ya talvar yerləşdirə bilərik. Bu, otağı daha sərin edəcək. Həmçinin iqlimimizi nəzərə alaraq, ikitərəfli və ya ən azı künc havalandırması imkanını təmin etmək vacibdir. Yan fasadda bir pəncərə yerləşdirmək mümkün deyilsə, kiçik olsa da, əhəmiyyətli bir nəticə verəcək bir havalandırma pəncərəsindən (fortoçka) istifadə etməlisiniz. Şimal və qərb istiqamətində olan divarları və damı mütləq şəkildə istilik izolyasiyası ilə təmin etmək lazımdır. Sahə çox kiçik olsa belə, kürsü ətrafında rütubətə nəzarəti təmin etmək üçün hasarla ev arasında insanın keçə bildiyi qədər boşluq saxlamaq lazımdır ki, ehtiyac olduqda kiçik işlər görməyə imkan olsun.

– Sonda nə demək istərdiniz?

– Rahat və enerji cəhətdən qənaətli ev tikmək üçün mütəxəssislərin birgə işi vacibdir. Layihə internetdən götürülsə belə, onu yerin iqliminə uyğunlaşdırmadan tikmək olmaz.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə “SpaceXAI” süni intellekt sahəsində əməkdaşlıq edəcək

Nəqliyyat dəhlizlərinin inteqrasiyası regional logistikanın səmərəliliyini artıracaq - ŞƏRH

Elmir Babayev: Tədqiqatçı əvvəlcə layihəsi üçün hansı dəstəyə ehtiyac olduğunu müəyyənləşdirməlidir

® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır

Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək

Azərbaycanlı alim Çində beynəlxalq forumda Konfutsinin pedaqoji düşüncələrindən danışıb

® Azərbaycanda heyvandarlıq genetikası və reproduktiv biotexnologiya üzrə regional mərkəz yaradılacaq

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır

Dünya çempionu olan millinin baş məşqçisi: Azərbaycan çimərlik güləşində iddialı ölkələrdən biridir

Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır

Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub

Sabahdan Azərbaycanda elektron pulköçürmələr ilə bağlı yeni qaydalar qüvvəyə minir

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

RF baş konsulluğu “Flydubai” təyyarəsinin göyərtəsində rus pilotun olması xəbərlərini təkzib edib

Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb

ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb

Azərbaycanda dayanıqlı turizmin inkişafı üçün yeni elmi-tədqiqat layihəsi icra olunur

Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür

Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub

Olimpiada iştirakçıları biologiya üzrə seçim imtahanında biliklərini sınayacaqlar

İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb

Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib

BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb

ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Yunanıstanda 4 bal gücündə zəlzələ olub

Qeyri-neft sektoruna qoyulan investisiyalar daha geniş inklüzivlik yarada bilər - ŞƏRH

Rumıniya sərhədi yaxınlığında hava hədəfi aşkarlanıb, iki F-18 qırıcısı havaya qaldırılıb

Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb

TƏBİB: Həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün ödəniş tələb olunmur

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Trans-Xəzər boru kəməri layihəsi yenidən aktuallaşır

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

Xatirə Hüseynova: “X nəslinə uzun mətn, Z nəslinə 30 saniyəlik video” yanaşması stereotipə çevrilir – ŞƏRH

Azərbaycan enerji ixracatçısından çoxfunksiyalı bağlantı mərkəzinə çevrilir - ŞƏRH

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK VİDEO

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib