İQTİSADİYYAT
Dekabrda 195-1 Çağrı Mərkəzinə 45 mindən çox müraciət daxil olub
Bakı, 17 yanvar, AZƏRTAC
2022-ci il dekabr ayı ərzində İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 45 min 178 müraciət daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu müraciətlərin 40 min 140-ı canlı rejimdə birbaşa, 5038-i isə səsli menyu vasitəsilə cavablandırılıb. Araşdırma tələb edən suallarla bağlı müraciət vərəqələri tərtib olunaraq cavablandırılmaq üçün İqtisadiyyat Nazirliyinin aidiyyəti qurumlarına göndərilib. Daxil olan müraciətlər əsasən, istehlakçı hüquqları, sahibkarlıq fəaliyyəti, lisenziyaların verilməsi, vergilərin ödənilməsi, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi, həmçinin Nazirliyin səlahiyyətlərinə aid digər məsələləri əhatə edib.