“Dekor Qrup” MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat köçürüb
Naxçıvan, 25 mart, AZƏRTAC
Muxtar respublika sahibkarları koronovirusla mübarizəyə fəal qoşulublar. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 24 mart 2020-ci il tarixli Fərmanına əsasən yaradılan Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondunun xəzinə hesabına bu dəfə “Dekor Qrup” MMC tərəfindən 30 min manat ianə köçürülüb.
Bu barədə AZƏRTAC-ın Naxçıvan bürosuna “Dekor Qrup” MMC tərəfindən məlumat verilib.